27 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezident İlham Əliyev Obradora başsağlığı verdi

21.01.2019

Prezident İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidenti Andres Manuel Lopes Obradora başsağlığı məktubu ünvanlayıb.
"Hörmətli cənab Prezident,
İdalqo ştatında boru kəmərində baş vermiş partlayış və yanğın nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Meksika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm", - başsağlığı məktubunda qeyd edilir.