Kəlbəcərdə dərəyə düşən ermənilərdən  3-ü ölüb,  1-i yaralanıb 
    
                          
     
                         21.01.2019
 
    
                        					Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda baş verən avtomobil qəzası nəticəsində 3 erməni ölüb.
"Dövran Media" Report-a istinadən xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.
Ermənistanın Vayotsdzor vilayətinin Qladzor kəndinin O.Q. adlı sakinin idarə etdiyi "Niva” markalı avtomobil Kəlbəcərdə dərəyə aşıb. Nəticədə sürücü və həmin kəndin daha 2 sakini ölüb, 1 nəfər isə ağır yaralanıb.
Hadisə ilə bağlı araşdırma aparılır.