19 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanlı gəncin fədakarlığı - 2 çex uşağını ölümdən qurtardı

21.01.2019

Çexiyanın Zlin şəhərində azərbaycanlı gənc Aslanov Ruslan iki uşağı yanan kafedə ölümdən xilas edib.
"Dövran Media" report-a istinadən xəbər verir ki, hadisə yanvarın 19-da baş verib.Şəhərin kənarındakı kiçik kafelərin birində qəflətən baş verən yanğın zamanı yaranan panikada obyektdən küçəyə atılan insanlar arasında qadın müştərilərdən birinin iki az yaşlı uşağı kafedə qalır. Yanğın söndürənlər gələnə qədər yanğın şidddətləndiyindən azyaşlılar faktiki olaraq ölümlə üzləşirlər, uşaqların anası da daxil heç kim uşaqları xilas edə bilmir.
İnsanlar arasında yalnız R.Aslanov bir neçə nəfərin üst geyimini alaraq bürünüb içəri girir, uşaqları xilas edir. Hadisə nəticəsində azərbaycanlı gənc və azyaşlı çexlər yüngül xəsarət alıblar.
Etdiyi fədakarlığa görə uşaqların valideynləri azərbaycanlıya mükafat təqdim etsələr də o, bundan imtina edib.
Qeyd edək ki, R.Aslanov Çexiyada və Polşada kiçik bizneslə məşğuldur.