04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanlı olimpiya çempionu karyerasını bitirdi

20.01.2019

Türkiyə milli komandasının əslən azərbaycanlı taekvondoçusu Sərvət Təzəgül karyerasını başa vurub.
"Dövran Media" xəbər verir ki, bu barədə 31 yaşlı idmançının özü açıqlamasında bildirib.
O, gənclərə yol açmaq üçün bu addımı atdığını və fəaliyyətini Türkiyənin kişilərdən ibarət yığmasında davam etdirəcəyini söyləyib.
Sərvət Təzəgül 26 sentyabr 1988-ci ildə Almaniyanın Nürnberq şəhərində doğulub. O, Qars şəhərinin Arpaçay qəsəbəsindən Qərbi Almaniyaya köçən əslən azərbaycanlı ailənin övladıdır. 68 kq çəki dərəcəsində çıxış etmiş Təzəgül 2012-ci il London Yay Olimpiya Oyunlarında qızıl medal qazanaraq, Türkiyənin taekvondo növündə yeganə olimpiya çempionu kimi tarixə düşüb. O, həmçinin 2 dəfə dünya, 5 dəfə Avropa çempionu olub.