08 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ATƏT prezident seçkilərini müşahidə edəcək

03.03.2018

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək barədə qərar verib.
Ötən ay Azərbaycanda səfərdə olan ehtiyacların qiymətləndirmə missiyası səfərlə bağlı hesabat açıqlayıb və Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etməklə bağlı tövsiyə verib.
Hesabatda ölkədə seçki prosesini izləmək üçün 30 uzunmüddətli və səsvermə gününü izləmək üçün 280 müşahidəçinin göndərilməsi tövsiyyə olunub.
Bildirilir ki, DTİHB standart metodologiya ilə yanaşı seçki müşahidə missiyasına media monitorinqi də əlavə edəcək.
"DM"