29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Özilin komandadan ayrılacağını düşünmürəm" - Emeri

19.01.2019

İngiltərə Premyer Liqasının növbəti turunda "Çelsi" ilə qarşılaşacaq "Arsenal"ın baş məşqçisi Unay Emeri, komandadakı gələcəyi müzakirə olunan Məsut Özil haqqında açıqlama verib.
"Dövran Media" xəbər verir ki, alman futbolçu ilə problem yaşadığı deyilən 47 yaşlı mütəxəssis, onun klubdan ayrılacağını düşünmədiyini deyib:
"Məsut Özillə bir danışığımız oldu, çünki bəzi şeylərin dəqiqləşməsini istəyirdim. O, bəzi zədələr yaşadı və son oyunlarda meydana çıxmadı. Amma Məsut bizim üçün vacib futbolçudur. Yaxşı olsa, həftəsonu keçiriləcək oyunda meydanda olacaq.
Düzü, mən Özilin komandadan ayrılacağını düşünmürəm. Düşündüyüm yeganə məsələ onun bu il bizə necə kömək edə bilməsidir".