29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Canavar sürüyə hücum etdi - Goranboyda

18.01.2019

Goranboyun Boluslu kəndinin ərazisində canavar sürüyə hücum çəkib. 
Bu barədə rayonun Boluslu kəndinə bağlı Eyvazlılar kənd bələdiyyə sədri məlumat verib.
O bildirib ki, hadisə dünən günorta saatlarında baş verib:
"Hadisə kənd sakini Elman Adıgözəlov sürünü kəndin kənarında otaran zaman baş verib. Bir müddət sürüdən ayrılıb, evə gəlib. Qayıdanda görüb ki, canavar sürüyə girib, iki baş qoyunu öldürüb, üçünü isə ölümcül halda yaralayıb”.
Bələdiyyə sədrinin sözlərinə görə, kənddə tez-tez də olmasa, arabir bu kimi hallar müşahidə edilir:
"Canavarlar çox olur. Tez-tez olmasa da, xırdabuynuzlu heyvanları nəzarətsiz qoyanda bu hadisələr qaçılmazdır”.