29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Millimizin sabiq baş məşqçisi jüri oldu

18.01.2019

Millimizin sabiq baş məşqçisi Berti Foqts Almaniya futbolunun səfiri qismində jüri seçilib.
"Dövran Media" xəbər verir ki, o, yeni yaradılmış Alman futbolunun səfiri adlı qurumda münsiflər heyətinin üzvü olacaq.
O, bununla da il ərzində bu qurum tərəfindən ən yaxşı məşqçi və futbolçuların seçimində əsas söz sahiblərindən birinə çevrilib.
Qeyd edək ki, sözügedən qurumun münsiflər heyətinin sədri Almaniyanın məşhur "Kiker” nəşrinin redaktoru Rayner Holtsşuhdur. Təsisçi isə Roland Bişofdur. Berti Foqtsdan başqa, orada məşhur futbol veteranları – Horst Rubeş, Luts Pfanesştil, həkim Martin Şefer və Almaniyanın qadın millisi ilə beşqat Avropa çempionu olmuş Doris Fiçen də var.