02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Civə alverçisi TUTULDU

17.01.2019

Xızı rayonunda civə alveri ilə məşğul olan şəxsin tutulması üçün əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xızı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Giləzi qəsəbəsində satış məqsədi ilə üzərində qanunla dövriyyəsi qadağan olunmuş zəhərli maddə gəzdirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Araşdırmalarla onun Bakı şəhər sakini Elçin Bayramov olduğu müəyyən edilib.
Saxlanılan zaman Elçin Bayramovun üzərinə baxış zamanı, ondan qanunla dövriyyəsi qadağan edilərək zəhərli maddələr siyahısına daxil olan 340 qram metallik civə aşkar edilib.
Dindirilmə zamanı saxlanılan şəxs civənin ona məxsus olduğunu və 32 min manata satmaq niyyəti ilə Siyəzən rayonuna aparmaq istədiyini bildirib.
Faktla bağlı Xızı rayon polis şöbəsinin istintaq qrupunda Cinayət Məcəlləsinin 240.1.1-ci maddəsi ilə cinayət işi başlanıb.