02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Külək hansı əraziləri işıqsız qoyub? - Açıqlama

17.01.2019

Hazırda Bakıda və Abşeron yarımadasında enerji təchizatı normaldır. ASC hava proqnozu ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyir. Bakı və ətraf ərazilərin enerji ilə tam təmin edilməsi həyata keçirilib.
Bu sözləri Azərişıq ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev deyib. ASC sözçüsü bildirib ki, hava ilə əlqədar olaraq hər hansısa stansiyada qəza hadisəsinin baş verməməsi üçün əvvəlcədən önləyici tədbirlər görülüb:
"Küləklə əlaqədar hər hansısa ərazidə kəsinti qeydə alınmayıb və bu barədə müraciət daxil olmayıb. Haradasa enerjinin verilişində fasilə yaranarsa, vətəndaşlardan xahiş olunur ki, bu barədə bizə məlumat versinlər. "199" nömrəli məlumat nömrələrimiz daim fəaliyyətdədir. Problem yaranacağı təqdirdə bu nömrə ilə əlaqə yaradılsın ki, operativ şəkildə müdaxilə edilsin və problem aradan qaldırılsın".