02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Küləklə "donuz qripi" gələ bilərmi? - AÇIQLAMA

17.01.2019

Ölkəyə və ya başqa respublikalara külək vasitəsilə hər hansısa virusu göndərmək mümkün deyil. Elmi cəhətdən də bunu etmək mümkün deyil.
"Dövran Media" xəbər verir ki, bu barədə ölkənin baş epidemioloqu İbadulla Ağayev məlumat yayıb. İ.Ağayev bildirib ki, Azərbaycanda hazırda adi qrip müşahidə edilir ki, bu da qətiyyən "donuz qripi" virusu deyil.
Qeyd edək ki, "donuz qripi” hazırda Gürcüstan və Ermənistanda müşahidə olunur. Bu gün başlayan güclü küləklə guya ölkəmizə "donuz qripi” virusu gələ biləcəyi ilə bağlı şayiə yayanlar da tapılıb.