25 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Agentliyə sədr təyin edildi

16.01.2019

Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsinin icrası Seymur Mövlayevə həvalə edilib.
Kənd Təsərrüfatı Nazirliyindən Report-a verilən məlumata görə, Seymur Mövlayev buna qədər Aqrolizinq ASC-nin sədri vəzifəsində, daha əvvəl isə 3 saylı Bakı ASAN Xidmət Mərkəzinin direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 14-də Aqrar Xidmətlər Agentliyinin yaradılmasına dair Fərman imzalayıb. Fərmana əsasən, yeni Agentlik Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş 4 qurumun - Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında yaradılıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi baytarlıq və fitosanitar xidmətlərin təşkilini, idarə edilməsini və keyfiyyətinə nəzarəti, kənd təsərrüfatı texnikasının qeydiyyatını, texnikaya nəzarət fəaliyyətini və bu sahədə dövlət xidmətlərini, aqrokimya, toxum və bioloji laboratoriyalar, sort sınaq məntəqələri, toxum sertifikatlaşma mərkəzlərində xidmətlərin təşkili və göstərilməsinə nəzarəti həyata keçirəcək.
Ləğv olunan qurumların digər funksiya, hüquq və vəzifələri də yeni Agentliyə keçir.
Aqrolizinq ASC-nin sədri vəzifəsini qurumun sədr müavini Elmin Rəhmanov icra edəcək.