20 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Trampın tələsi: PKK Fərata nəzarət edəcək

15.01.2019

ABŞ Türkiyə ilə strateji ortaqlıq etmir, regional tələ hazırlayır.
"Dövran Media" xəbər verir ki, bu sözləri Türkiyənin İqtisadi Siyasi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Teoman Yıldırım ABŞ Prezidenti Donald Trampın Türkiyə iqtisadiyyatını məhv etməklə bağlı səsləndirdiyi qalmaqallı fikirlərə münasibət bildirərkən deyib.
Bölgədə uzun illər davam edəcək bir coğrafi plan tətbiq edilmək üzrədir. Türkiyə zəruri addımları atmaq məcburiyyətindədir. Türkiyənin ərazi bütövlüyü naminə hər nə bahasına olursa olsun addım atması lazımdır”, - Yıldırım bildirib.
Yıldırım sərhəddə 30 kilometrlik təhlükəsiz bölgə yaradılması təklifinin Türkiyə üçün tələ olduğu fikrini müdafiə edib:
"Sərhəddə 30 kilometrlik təhlükəsizlik bölgəsi təklifini qəbul etmək qanuniləşdirilmiş bir terror qruplaşmasını qəbul etmək deməkdir. Təhlükəsiz bölgə eyni zamanda Suriyanın unitar dövlət quruluşunun pozulması anlamına gəlir. Dövlətimizin istəyi Fərata nəzarətin PKK-da olmamasıdır. Su anbarları və suyun PKK-nın əlində olmasını istəmirik. Çünki su anbarlarına Türkiyə hakim olsa, İdlib də daxil olmaqla bu bölgədəki su problemi həllini tapmış olacaq. O zaman da Menbiçin bir əhəmiyyəti qalmır. Türkiyə strateji oyununu oynayır və qarşı tərəfin də reaksiyasını müşahidə edir”.