20 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

İnsanları aqressivləşdirən 20 səbəb - Müəllif yazısı

14.01.2019

"Dövran Media" təqdim edir:
1- Kasıbçılıq 
2- Paxıllıq
3 - Qısqanclıq
4 - Başından böyük yerlərə əsassız iddialı olmaq
5 - Yaşanılan uğursuzluqlar, şanssızlıqlar, darbələr
6 - Dünya malına həddən çox həris olmaq
7 - Mütaliəsizlikdən, təhsilsizlikdən doğan cəhalətin saysız əlamətləri
8 - Doğuluşdan qaynaqlanan pataloji səbəblər
9 - Gənclikdə, ailədə sevgi və ya intim münasibətlərlə bağlı yaşanan travmalar
10 - Sosial şəbəkələrdə imkanlarını, rəngarəng həyatlarını paylaşanları takip edib güzəranından bezənlər
11 - Arzularını, xəyallarını real imkanlarına görə biçimləyə bilməyib özünü nakam hiss edənlər
12 - Nəyin bahasına olur olsun özünü irəli çıxarmaq istəyi, heç bir yetənəyi olmadan ulduz olmaq istəyi, Ullduz olanlara qarşı isə şüuraltı daşınan kin-küdurət
13 - Haqsızlığa qarşı vicdanlı dayanış, cəmiyyətin xalqın maddi-mənəvi vəziyətini həzm edə bilməmək
14 - Xəbər portallarının "ip" toplamaq üçün yayımladıqları kriminal video görüntülər, yazılar
15 - Teleməkanlarda sosial layihə adiyla yayımlnanan qalmaqallı proqramların şüuraltı təsiri
16 - Türkiyə kanallarından böyük çoxunluqla izlənən dəbdəbəli seriallar və orda göstərilən əlçatmaz həyat tərzi
17 - Düşündürücü və huzurverici musiqilər dinləməmək, teatrlardan, sərgilərdən uzaq yaşam
18 - Tabulardan, mental idarəçilikdən bezginlik və stereotiplərin əsirliyində yaşamaq
19 - Yediyimiz, içdiyimiz mənşəyi məlum olmayan içki və qida məhsulları.
20 - Ömrün fəlsəfəsi, dünyanın qısa mahiyyəti haqda gündə bir dəfə də olsa düşünməmək və sair. bu kimi çoxlu-çoxlu səbəblər.. 

Səbuhi Zaman