25 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çavuşoğlu Trampa: Sosial şəbəkə müzakirə yeri deyil

14.01.2019

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sosial şəbəkədə yazdığı mesaja görə ABŞ prezidenti Donald Trampı tənqid atəşinə tutub.
"Dövran Media" xəbər verir ki, "Twitter” səhifəsində Tramp Türkiyə silahlı qüvvələrinin kürd özünümüdafiə qüvvələrinə hücum edəcəyi təqdirdə Ankaraya qarşı iqtisadi ölçülərin götürüləcəyi ilə təhdid edib.
"Strateji tərəfdaşlıqla bağlı mövzular sosial şəbəkələrdə müzakirə olunmamalıdır.  Bizim ABŞ-la əlaqə üçün bütün rəsmi kanallarımız açıqdır.
Biz Trampın böyük təzyiq altında olduğunu, onun qoşunları Suriyadan çıxarmaması üçün təpkilər göstərildiyini, beləcə, Trampın çox mürəkkəb situasiyada olduğunu bilirik. Bununla sosial şəbəkələr belə mövzuların müzakirə yeri deyil”, - deyə Çavuşoğlu NTV telekanalının efirində bildirib.
Çavuşoğlu Türkiyənin nə ABŞ, nə də başqa ölkənin təhdidlərindən qorxmadığını və bütün dövlətlərin Ankaraya sayğı göstərməli olduğunu vurğulayıb.