23 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Video oyun asılılığı XƏSTƏLİKDİR

14.01.2019

"Dövran Media” xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) insanların video oyunlara asılılığını xəstəlik kimi qəbul etməyi planlaşdırır. Lakin video oyun istehsalçıları tərəfindən buna maneə törədilir.
ÜST-nin məlumatına görə, video oyunlar insan sağlamlığı üçün ciddi bir təhlükə yaradır.Təşkilat artıq bir neçə dəfə video oyun istehsalçılarına təklif edib ki, belə oyunlar asılılıq yaratdığı üçün xəstəliklər siyahısına salınmalıdır. Ancaq onlar bu təşəbbüsün icrasını gecikdirməyə və ona qarşı çıxmağa çalışırlar. Video oyun istehsalçılarının fikrincə, ÜST tərəfindən yekun qərar qəbul etməzdən əvvəl bu problemi daha ətraflı araşdırmaq lazımdır.
ÜST 2019-cu ildə video oyun sənayesinin nümayəndələri ilə görüşməyi planlaşdırır. ÜST-nin təşkilata üzvü olan ölkələrə əsas təklifi 2022-ci ildən etibarən video oyunların yaratdığı psixoloji pozuntular barədə məlumatın verilməsidir.
"DM"