29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ Türkiyəni niyə təhdid etdi? - AÇIQLAMA

14.01.2019

ABŞ Suriyadan çıxır, amma bununla bərabər, müttəfiqləri və iqtisadi sanksiyalar vasitəsilə situasiyaya nəzarət etməyə çalışır.
"Dövran Media" xəbər verir ki, bunu "RİA Novosti” agentliyinə açıqlamasında Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Konstantin Kosaçev deyib.
"ABŞ-ın Türkiyəni təhdidi əslində onu deməyə əsas verir ki, Amerika Suriyadan getmədən buradan çıxmağa cəhd edir. Kürdlər vacib müttəfiqdirlər və onlara ABŞ-ın öz taleləri və ya konkret olaraq Türkiyə ilə baş-başa buraxmayacaqlarına dair siqnal lazımdır. Tramp kürdləri də Türkiyə, Rusiya, İran və ya Suriyanı provokasiyaya cəlb etməməyə çağırdı. Bununla da göstərdi ki, ABŞ şərtsiz dəstək vermir. ABŞ liderinin mesajı həmçinin ölkə daxilinə yönəlmişdi. Belə ki, Suriyadan qoşunların çıxarılmasıyla bağlı dekabr bəyanatı Vaşinqton və Yaxın Şərqdə çoxlarını narahat etməyə başlayıb. Onlar hələ də Trampdan nə gözlədiklərini anlamırlar. Digər tərəfdən, ABŞ artıq "Ərəb NATO-su” adlanan birlik qurulur və Qətərlə Udeyd bazasının şəxsi heyətinin genişləndirilməsi barədə razılaşma imzalayıb. Buradan ABŞ-ın Yaxın Şərqdən heç yerə getməyəcəyi görünür. Digər tərəfdən, Türkiyənin ünvanına yönələn mesaj göstərir ki, Vaşinqton gələcəkdə də situasiyanı nəzarətin saxlamağa çalışır və bütün iqtisadi sanksiyalar dəyənəyi ilə amerikalıların həqiqətən bölgədən getdiyini düşünən hər kəsi təhdid edir”, – deyə o bildirib.