29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədən son xəbərdarlıq: 80 min əsgər HÜCUMA HAZIRDIR

14.01.2019

Türkiyə Silahlı Qüvvələrinin Münbiç və Fərat çayının şərqində həyata keçirməyi planlaşdırdığı əməliyyata hazırlıqlar böyük ölçüdə tamamlanıb.
"Dövran Media" Türkiyə məatbuatına istinadən xəbər verir ki, 80 min hərbçi hücum əmrini gözləyir.
Bu rəqəm, 1974-cü ildə Kipr əməliyyatında iştirak edən hərbi qüvvədən iki dəfə çoxdur. Türkiyə Cümhuriyyəti tarixində ən böyük əməliyyat Şanlıurfa və Kilis vilayətlərindən idarə olunacaq. "Mehmetcik” eyni anda 10-dan çox nöqtədən hücuma keçəcək.
Hədəf təxminən 30 min kvadrat kilometr ərazini terror təşkilatlarından təmizləyərək "terror dəhlizi” təhdidini tamamilə aradan qaldırmaqdır.
Qeyd edək ki, Türkiyənin əməliyyata hazırlıqları tamamlaması əməliyyatın əleyhinə olan ABŞ-a meydan oxuması anlamına gəlir. Xatırladaq ki, Donald Tramp Suriyanın şimali-şərqində kürd qruplaşmalarının (PYD/YPG terror təşkilatı –red.) mövqelərinə hücüm edəcəkləri halda, Türkiyəyə iqtisadi zərbə vurulacağını bildirib.