29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Məktəbi tez bitirmək istəyənlər imtahan verir

14.01.2019

 Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahanlar başlayıb.
"Dövran Media" Report-a istinadən xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) verilən xəbərə görə, eksternat imtahanları paytaxtdakı 220 nömrəli məktəb-liseydə təşkil olunub və yanvarın 15-də də davam edəcək.
Test və müsahibə mərhələsindən ibarət olan eksternat imtahanlarında suallar fənn proqramlarına uyğun şəkildə hazırlanıb.
Eksternat imtahanlarının nəticələri BŞTİ tərəfindən yaradılan komissiya tərəfindən 5 ballıq şkala ilə qiymətləndiriləcək.
Qeyd edək ki, ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən şagirdlər üçün təşkil olunmuş eksternat imtahanları Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları”na əsasən keçirilir.