29 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İtaliyalı kommunist-terrorçu Boliviyada tutuldu

13.01.2019

Ölkəsində ömürlük həbs cəzasına məhkum edilmiş italiyalı terrorçu Çezare Battisti Boliviyada saxlanılıb.
"Dövran Media" xəbər verir ki, bu barədə "Infobae" portalı yazıb.
"İtaliyalı terrorçu Çezare Battisti Boliviyada axşam saxlanılıb (şənbə günü) və İtaliya məhkəməsinin qərarına müvafiq olaraq ömürlük həbs cəzasını çəkmək üçün tezliklə Braziliyaya, oradan da yəqin ki, İtaliyaya göndəriləcək", - deyə portal Braziliya prezidentinin müşaviri Filipe Martinsə istinadən qeyd edib.
"Kommunizm naminə silahlı proletarlar" solekstremist təşkilatının lideri olan Battisti İtaliyada 1977-1979-cu illərdə törədilmiş 4 qətlə görə ömürlük həbs cəzasına məhkum edilib.