29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Adnan Oktar prezidentə müraciət etdi

13.01.2019

Türkiyədə ilahiyyatçı Adnan Oktar ölkə başçısı Rəcəb Tayyib Ərdoğana müraciət edib.
"Dövran Medi" xəbər verir ki, azyaşlı qız uşaqlarına təcavüz və mütəşəkkil cinayətlər, çirkli pulların yuyulması və casusluqda ittiham olunan Adnan Oktar 6 aydır saxlanıldığı Ədirnə həbsxanasında məhbusların saxlanma şəraitinin yaxşılaşdırılması üçün prezidentə məktub göndərib.
O, saxlanıldığı həbsxanadakı şəraitdən narazlıq edərək dövlət başçısını təcili müdaxilə etməyə səsləyib.
"Hər şey cənab prezidentin bir təlimatından asılıdır. Ölkə başçısından şəfqətli diqqətini həbsxanadakı məzlum vətəndaşlardan əsirgəməməsini xahiş edirik", - deyə ilahiyyatçı vurğulayıb.