09 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bred Pit və Di Kaprio eyni filmdə rol alacaq

01.03.2018

Məşhur aktyorlar Bred Pit və Leonardo Di Kaprio Kventin tarantinonun yeni filmində rol alacaqlar. "Dövran Media"xəbər verir ki bu barədə "Sony Pictures” məlumat yayıb.
Filmin adı "Bir zaman Hallivudda” olacaq. Hadisələr 1969-cu ildəcərəyan edir. Filmin sujet xətti isə məhşur rejissor Roman Polanskinin həyat yoldaşının seri qatil Çarlz Mensonun sektası tərəfindən qətlə yetirməsinin üzərində qurulub.
Dikaprio keçmiş aktyor Rik Daltonun, Bred Pit isə onun kaskadyoru Klif Brutun rolunu oynayacaq. Hər iki qəhrəman artıq Hollivudu tanıya bilmir və özlərinə yer tapa bilmirlər. Sujet xəttinə görə Daltonun qonşusu Şeron Teyt olacaq.
Tarantinonun sözlərinə görə o senari üzərində artıq 5 ildir ki, işləyir.
Mən Los-Angiles və Hollivud haqda olan bu tarixi danışmağa çox şadam. Məni sevindirən bir hadisə də Dikaprio və Pitin Rik və Kliff rollarını oynayaraq komandada yer almaqlarıdır.” – Tarantino etiraf edir.
Qeyd edık ki, filmin Şeron Teytin qətlindən 50 il sonra, 2019-cu ilin avqustun 9-da ekranlara cıxacağı gözlənilir.