02 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Bomj” hamını ALDATDI

12.01.2019

Amerikanın Pensilvaniya ştatının Filadelfiya şəhərində evsiz veteran Conni Bobbiti saxlayıblar. Buna səbəb onun internetdə xeyriyyə məqsədilə yığdığı vəsait olub. 2017-ci ilin noyabrında GoFundMe saytında Bobbitin yaşayış yeri üçün vəsait yığılmağa başladı. Həmin vaxt Katelyn McClure kampaniyasının investorlarından biri iddia etdi ki, evsiz şəxs onların yolda qalan maşınına benzin almaq üçün sonuncu pullarını xərclədiyi üçün ona yardım etməyi qərarlaşdırıb.
Sonradan məlum olub, bomj və investor KİV-in diqqətini cəlb etmək üçün bu hekayəni uydurub. Plan həyata keçdi: evsiz şəxs üçün 400 min dollar pul yığıldı. Amma 2018-ci ilin avqustunda Bobbit bildirdi ki, yığılan puldan ona hər hansı ev tikilməyib. Ona ancaq 75 min dollar və təkərli ev və köhnə pikap maşını verilib. Sonuncular isə iddia etdilər ki, bomja pullar ona görə verilməyib ki, onu narkotikə sərf etməsin.
2018-ci ilin noyabr ayında Makklyur, Damiko və Bobbiti həbs ediblər, onları dələduzluqda ittiham ediblər. Cütlüyü tezliklə azad etsələr də, bomj bir müddət həbsdə qalıb.
Daha sonra onu da azad ediblər. Amma şərt olaraq qoyulub ki, küçə həyatına son qoyaraq, özünə iş tapacaq. Nyu Cersidə baş tutan növbəti prosesə qatılmayanda isə məhkəmə onu yenidən həbs edib.