04 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanlını öldürən sürücü SƏRBƏST BURAXILDI

11.01.2019

Gürcüstan paytaxtı Tbilisinin Çavçavadze prospektində bir azərbaycanlının ölümü, 10-nun isə xəsarət alması ilə nəticələnən yol qəzası törədən təcili tibbi yardım maşınının sürücüsü Şarden Onianinin işi üzrə məhkəmə iclası keçirilib.
"Dövran Media" xəbər verir ki, sürücü 5 min lari girov müqabilində azadlığa buraxılıb.
Şarden Onianinin vəkili bildirib ki, qrip virusu ilə bağlı təcili tibbi yardıma çağırışların sayı artdığından müdafiə etdiyi şəxs həddindən artıq yorğun ola bilərdi. O, sürücünün fizioloji vəziyyətinin yoxlanılması məqsədilə ekspertizanın keçirilməsini tələb edib.
İş üzrə məhkəmənin növbəti iclası fevralın 28-nə təyin olunub. /report/