04 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ hərbi texnikasını Suriyadan çıxarır

11.01.2019

ABŞ Suriya ərazisindən hərbi texnikanı çıxarmağa başlayıb. İşlər ABŞ-ın qoşunların çıxarılması üzrə planlarına uyğun olaraq aparılır. 
"Dövran Media" TASS agentliyinə istinadən xəbər verir ki, hərbi texnikanın ilk partiyası artıq Suriyanı tərk edib.
Bildirilib ki, əvvəlcə ABŞ qüvvələrini Suriyanın şimal hissəsindən çıxaracaq.
Qoşunların çıxarılmasına ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı rəhbərlik edir.
Suriyada iki mindən çox amerikalı hərbçi var. Onların tam çıxarılması 60-100 gün çəkəcək. 
ABŞ-ın Suriyadan qoşunlarını çıxarması ilə bağlı prezident Donald Tramp 2018-ci il dekabrın 19-da məlumat vermişdi.