03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ İsrailə F-16-ları satmağa icazə vermədi

11.01.2019

İsrail rəsmi şəkildə Xorvatiyaya F-16 qırıcılarını verə bilməyəcəyini bəyan edib.
"Dövran Media" xəbər verir ki, bu məlumatı Xorvatiya Müdafiə Nazirliyi yayıb. Məlumata görə, İsrail F-16 təyyarələrini ABŞ-ın mövqeyi ucbatından Zaqrebə sata bilməyib.
Qeyd edək ki, bundan öncə Xorvatiya ordusunun qırıcılarla təminatı üçün müsabiqə keçirib. Müsabiqənin əsas iştirakçıları Yunanıstan, İsrail, İsveç və ABŞ olub. Bu müsabiqə sayəsində İsrail və ABŞ Xorvatiyaya F-16-ların tədarükündə əsas rəqabət aparan tərəflər olublar. Nəticədə müsabiqəni İsrail qazanıb.
İsrailin təklifinə əsasən, Zaqrebə 12 ədəd modernizə edilmiş F-16 Barak təyyarələri verilməli idi.