07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Timsahın dəfn mərasiminə 500 nəfər qatıldı

10.01.2019

Hindistanda ölən timsahın dəfn mərasiminə 500-dən çox adam toplaşıb.
"Dövran Media" xəbər verir ki, bu barədə "Hindustan Tayms” məlumat yayıb.
Məlumatda bildirilib ki, 130 yaşında ölən "Qanqaram” adlı timsah üçün təntənəli mərasim təşkil olunub. Onu dəfn etməyə traktorla aparıblar, qəbrinin üstü müxtəlif güllərlə bəzədiib.
Sakinlər bildirib ki, timsah onlarla hər zaman dostcasına davranıb.
"Hətta uşaqlar da onun yanında üzə bilirdi və Qanqaram heç kimə ziyan vurmurdu. O timsah deyildi, əsl dost idi”, - sakinlərdən biri deyib.
Sakinlərin timsah üçün gələcəkdə heykəl də qoyacağı bildirilib.