08 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Alimlər bədxassəli şişi biopsiyasız müəyyən etməyin yolunu tapıblar

05.01.2018

Yaxın gələcəkdə həkimlər biopsiyadan tamamilə imtina edə bilərlər. "The Journal of Urology” nəşrinin yaydığı məlumata görə, Texas Universitetinin alimləri maqnit-rezonans vizualizasiyasının yeni metodunu işləyib hazırlayıblar. Bu metod böyrəkdə olan şişin tərkibini və aqressivliyini şəkil üzrə müəyyənləşdirməyə kömək edə bilər.

Tədqiqatçılar texnologiyanı çoxparametrli MRT adlandırıblar. Buraya daxil edilmiş alqoritm böyrək kütlələri təsvirini bir neçə faktor, məsələn, şişdə piyin olmaması və ölçülüb-biçilmiş T2-siqnalının intensivliyi üzrə qiymətləndirir.

Çox ağrılı prosedur olan biopsiyanı yeni texnologiyanın köməyi ilə tam əvəzləmək mümkündür. Əvvəllər pasiyentlər ağrı olmasın deyə biopsiyadan imtina ediblər.

Texnologiyanın sınaqdan keçirilməsi nəticəsində məlum olub ki, biopsiya ilə müqayisədə diaqnozun dəqiqliyi 80 faiz təşkil edib.