03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qubada ticarət mərkəzi yanıb - FOTO

10.01.2019

Yanvarın 10-u səhər saatlarında Quba şəhərində yerləşən ticarət mərkəzində yanğın hadisəsi baş verib.
"Dövran Media" AzərTac-a istinadən xəbər verir ki, yanğın nəticəsində mərkəzdəki dörd satış məntəqəsi içərisindəki mallarla birlikdə yanıb, ətrafdakı bir neçə mağazaya isə ciddi ziyan dəyib. Yanan mallar əsasən geyimlər və texniki avadanlıqdır.
Yanğın hadisə yerinə cəlb olunmuş yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
İlkin ehtimala görə, yanğın elektrik naqillərində qısaqapanma nəticəsində baş verib.
Faktla bağlı araşdırma aparılır.