25 08 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Şimal rayonlarımıza qar yağdı - Foto

10.01.2019

Yanvarın 9-u gecə saatlarından Azərbaycanın şimal rayonlarına qar yağmağa başlayıb.
"Dövran Media" xəbər verir ki, dağlıq ərazilərdə temperatur mənfi 9 dərəcəyədək düşüb.
Quba, Qusar və Xızı rayonlarının dağlıq ərazilərində qarın qalınlığı 10 santimetrdən çoxdur. Ən çox yağıntı Qubanın Qırız, Xınalıq kəndlərində və Xızının Altıağac qəsəbəsində qeydə alınıb. Qırız kəndində qarın hündürlüyü 12, Xınalıqda 8, Altıağacda isə 7 santimetrdir.
Quba və Qusarın rayon mərkəzində qarın hündürlüyü 10 santimetrə çatır.