03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu həyat tərzi insanı yaşlanmaqdan qoruyur

10.01.2019

Londondan olan alimlər ömrün uzunluğu və yaşlanma prosesinə təsir göstərən sosial amilləri müəyyənləşdiriblər.
"Dövran Media" xəbər verir ki, alimlərin araşdırmaları "Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunub.
Alimlər belə bir nəticəyə gəlib ki, dostlar və yaxın qohumlarla tez-tez görüşmək ömrün uzunluğuna təsir göstərir və yaşlanma prosesini yavaşladır.
Araşdırma zamanı 4 il müddətində 50 və daha çox yaşı olan 7304 nəfər üzərində müşahidə aparılıb. Nəticədə yaxınları ilə ünsiyyətə daha çox diqqət ayıran yaşlı insanların daha sağlam olduğu üzə çıxıb. 73 faizdən çox insan yaxşı əhval-ruhiyyədə həftə bir dəfə dostları ilə görüşüb, idman zallarını, muzeyləri, teatrları, ziyarət edib, dini mərasimləri ziyarət ediblər. Tədqiqatçıların fikrincə, aktiv həyat tərzinə sahib yaşlı insanlar bu həyat tərzinin əhəmiyyətini və vacibliyini anlayırlar. Buna görə də onların səhhəti pisləşmir, bu həyat tərzi onlara xoşbəxtlik bəxş edir.