08 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Opera sənətçimiz İlham Nəzərov dünya səhnələrini fəth edir +VİDEO

28.02.2018

Bu günlərdə ABŞ-ın Nyu-York şəhərində musiqi müəllimləri üçün çox nüfuzlu müsabiqə kecirilib. Müsabiqəyə qatılmaq üçün İtaliya Musiqi Akademiyasından dəvət alan istedadlı Azərbaycan kontratenoru, Üns yaradıcılıq səhnəsinin solisti, Azərbaycan Dövlət Xor Kapellasının artisti, "O səs Türkiyə” musiqi müsabiqəsinin parlaq iştirakçısı, Müslüm Magomayev adına vokalçıların IV Beynəlxalq
Müsabiqəsinin qalibi, dünyanın ən yaxşı kontratenorları müsabiqəsinin laureatı (2-ci yer), Vokalçıların Böyük opera Beynəlxalq müsabiqəsinin iştirakçısı, Azərbaycan Respublikasının əməkdar artisti İlham Nəzərov növbəti qələbəyə imza atıb.
Amerika, İtaliya, Fransa, Almaniya, Avstriya və.s kimi ölkələrdən olan gənc istedadlı və perspektivli musiqicilərlə ciddi rəqabətdə Azərbaycan vokal məktəbinin nümayəndəsinin zəfər qazanması bizim üçün də şərəfdir. Qeyd edək ki, uğurları ilə pərəstişkarlarını sevindirən İlham Nəzərov hazırda "Türksoy”Şirkətinin Bişkekdə təşkil etdiyi konsertdə cıxışa hazırlaşır.
"Dövran Media" sənətçinin səhnə görüntülərini təqdim edir: