03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İki azərbaycanlı Kiyevdən deportasiya edildi

09.01.2019

Kiyevin "Julyanı” aeroportunda təyyarə ilə Bakıdan Kiyevə gələn üç nəfər saxlanılıb. Onlardan ikisi Azərbaycan, biri Rusiya vətəndaşıdır. 
"Dövran Media" xəbər verir ki, bununla bağlı Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb. 
Bildirilib ki, həmin şəxslər Ukraynaya gəlmə səbəblərini açıqlaya bilməyiblər. Bu zaman Rusiya vətəndaşı sərhədçilərə 200 dollar rüşvət təklif edib ki, onları ölkəyə buraxsınlar. 
Məsələ ilə əlaqədar Rusiya vətəndaşı saxlanılıb. Onun barəsində cinayət işi açılıb. 
Azərbaycanlıların isə Ukraynaya girişinə üç illik məhdudiyyət qoyulub. Onlar növbəti reyslə Kiyevdən Bakıya deportasiya edilib.