28 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

SOCAR Türkiyədə ən iri konteyner terminalını alıb

09.01.2019

Danimarkanın "A.P. Moller-Maersk” şirkətinə daxil olan "APM Terminals” Türkiyənin İzmir şəhərindəki konteyner terminalının Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) təhvil verilməsini başa çatdırıb.
Bu barədə "A.P. Moller-Maersk” şirkətindən bildiriblər.
Məlumatda qeyd olunur ki, "APM Terminals” həmin terminalın gələcək inkişafı üçün SOCAR-ın daha uyğun olduğunu hesab etdiyi üçün konteyner terminalını öz tərəfdaşına təhvil vermək qərarı qəbul edib:
"Terminalın satışı artıq başa çatıb. SOCAR obyektin sahibi olacaq, eyni zamanda "APM Terminals” terminalın istismarını davam etdirəcək”.
Qeyd edək ki, İzmirin Əliağa rayonunda yerləşən terminal Türkiyənin Egey bölgəsində ən iri konteyner terminalıdır.