03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ölkədə ən çox qar düşən kənd: şəlalə dondu - FOTO

09.01.2019

Quba rayonunun Qırız kəndi Azərbaycan ərazisində ən çox qar düşən yaşayış məntəqələrindəndir.
"Dövran Media" xəbər verir ki, dəniz səviyyəsindən 2 min 200 metr yüksəklikdə yerləşən Qırız kəndi Ağ dağın ətəyində, Qudyalçayın sahilində yerləşir. Bu ucqar dağ kəndinin ətrafında bir necə bulaq, şəlalə və mağara var.
Quba rayonunun gəzməli-görməli yerlərindən sayılan Qırız kəndinə gələn turistlərin sayı son illər xeyli artıb. Xüsusilə əsrarəngiz dağlıq və təbiət mənzərələrini seyr etməyi sevən ekoturizm həvəskarları bura səyahət edir.
Qırıza səyahət turlarının təşkilatçılarından olan Mürsəl Qasımov bildirir ki, turistlər kəndlə yanaşı, buradan 2-3 kilometr məsafədə yerləşən donmuş şəlaləyə ekskursiya etməyi xoşlayırlar. Həm yay, həm də qış aylarında bu şəlalərə yüzlərlə turist səyahət edir. Turistlər Qırız kəndinə kimi avtomobillə, şəlaləyə olan yolu isə piyada gedirlər.
Qırız kəndinə səyahət zamanı çəkilən fotoları təqdim edirik: