03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şəhriyar Məmmədyarov 50 min dollar qazandı

09.01.2019

FIDE Sankt-Peterburqda keçirilən rapid və blits üzrə dünya çempionatında iştirak edən şahmatçıların qazancını açıqlayıb.
"Dövran Media" xəbər verir ki, 1 milyon ABŞ dolları təşkil edən mükafat fondundan ən çox pay Maqnus Karlsenə çatıb. Bilitsdə qalib gələn, rapiddə 5-ci yerin sahibi norveçli dünya çempionunun qazancı 116 min 250 dollar olub.
Rapiddə ikinci yerdə qərarlaşan şahmatçımız Şəhriyar Məmmədyarov ən çox qazanan təmsilçimizdir. Onun qazancı 50 min 750 dollar təşkil edir. Rauf Məmmədov 1050, Qədir Hüseynov 437 dollar qazanıb.
Həm rapiddə, həm də blitsdə ikinci olan iranlı Sarasadat Xademalşarieh ən çox qazanan qadın şahmatçıdır. Onun qazancı 69 min dollardır. Qadın təmsilçilərimizdən təkcə Zeynəb Məmmədyarova (2750 dollar) bu siyahıda yer alıb.