04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qonşudakı şaxtalar Bakıya nə vaxt gəlir? - RƏSMİ

09.01.2019

Yaxın müddətdə Rusiyada və Türkiyədə qeydə alınan kəskin soyuq və qar bizdə gözlənilmir.
Bu sözləri açıqlamasında Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva qonşu ölkələrdəki kəskin hava şəraitinin Azərbaycanda da müşahidə edilməsi ehtimalı haqda deyib. O bildirib ki, yaxın günlərdə temperatur aşağı düşsə də, paytaxta qar yağmayacaq:
"Sabah bu günlə müqayisədə temperatur hardasa 5 dərəcə aşağı enəcək, 4-6 dərəcə arası dəyişəcək. Yanvarın 9-dan 10-a keçən gecə güclü külək gözlənilir. Dağlıq ərazilərdə qar yağa bilər, lakin yaxın günlərdə biz paytaxtda qarlı proseslər gözləmirik”.
Qeyd edək ki, son günlərdə qonşu Rusiya və Türkiyədə havalar kəskin soyuyub. Xüsusilə Rusiyanın bəzi bölgələrində havanın temperaturu iqlim normasından 18 dərəcəyə qədər aşağı düşüb.