04 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədə batan gəmi ilə bağlı yeni - TƏFƏRRÜAT

08.01.2019

Heyətində azərbaycanlıların da olduğu, "Volgo Balt 214” adlı Panama bayrağı altında üzən və Türkiyə sahillərində batmış yük gəmisi Rusiyanın Azov limanından Türkiyənin Samsun limanına kömür daşıyırmış.
"Dövran Media" xəbər verir ki, bu haqda Ukraynanın Müvəqqəti İşğal Edilmiş Ərazilərlə Bağlı Məsələlər Nazirliyindən məlumat verilib.  
Nazirlikdə bildiriblər ki, hökm sürən hava şəraiti səbəbindən qəzalar gözləniləndir. Həmçinin, qeyd edilib ki, bu gəmi 2017-ci ilə qədər Rusiya bayrağı altında üzüb. Daha sonra bu bayraq iki ay müddətinə Sent-Kits və Nevis bayrağı ilə və sonda Panama bayrağı ilə əvəzlənib.
Qeyd edək ki, dünən Qara dənizdə Türkiyənin Samsun şəhərindən 130 km aralıda Panama bayrağı altında üzən gəmi batıb.
Məlumata əsasən, gəmidə cəmi 13 nəfər heyət üzvü olub. Onlardan on biri Ukrayna, ikisi Azərbaycan vətəndaşı olub.
Qəza nəticəsində altı nəfər, o cümlədən, Azərbaycan vətəndaşları İbrahimov Məmmədəli Surxay oğlu və İsmayılov Türbət Kamil oğlu həyatını itirib.