04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dovşan ovçuları saxlanıldı - VİDEO

08.01.2019

Saatlıda qanunsuz ov edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, yanvarın 7-də qanunsuz ov etdiklərinə görə beş nəfər Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla onların Füzuli rayon sakinləri Yavər Rəhimov, Təvəkkül Şıxəliyev, Firqət Muradov, Elyar Eyvazov və Rasim Kərimov olduqları müəyyən edilib.
Onlardan iki ədəd "TOZ-63”, "İJ-58”, "MR-155” və müvafiq sənədləri olmayan "İJ-18” markalı ov tüfəngləri və 15 ədəd patron, habelə ovladıqları 10 ədəd dovşan götürülüb.
Faktla bağlı araşdırma aparılır.