03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanlıların da olduğu gəmi batdı, ölən var: Samsundan VİDEO + YENİLƏNİB

07.01.2019

Qara dənizdə hava şəraitinin kəskin olması ilə əlaqədar Panama bayrağı altında üzən yük gəmisi batıb.
"Dövran Media" Türkiyə mediasına istinadla xəbər verir ki, Türkiyənin Samsun vilayəti sahillərində batan "Volqo Balt 214” adlı gəmidə 13 nəfər ekipaj üzvü olub. Ekipaj üzvlərindən 7 nəfər xilas edilib, 2 nəfər həlak olub, 4 nəfər isə axtarılır. Heyətdən 9-nun Ukrayna, 2-nin Azərbaycan, 2-nin isə Rusiya vətəndaşı olduğu bildirilir.
Türkiyə Hava Qüvvələri Komandirliyi tərəfindən axtarış-xilasetmə tədbirləri üçün 2 qayıq, 2 helikopter və 1 təyyarə cəlb edilib.
Həlak olanların hansı ölkə vətəndaşı olması hələlik məlum deyil.

14:43
Qara dənizdə Türkiyənin Samsun vilayəti sahillərində yük gəmisi batıb.
"Dövran Media" xəbər verir ki, Panama bayrağı altında üzən gəmidə 20 nəfər olub.
Heyət üzvlərindən 2 nəfəri Azərbaycan vətəndaşıdır.
Gəmidə həmçinin 9 Ukrayna, 2 Rusiya vətəndaşı olub.
Son məlumatlara əsasən 6 nəfər xilas edilib, bir nəfərin isə meyiti çıxarılıb.