03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zaqatalada 61 illik avtomobil - VİDEO

07.01.2019

Görənlərin diqqətini çəkən bu qeyri-adi retro maşın Zaqatala sakini Azər İmamova məxsusdur.
"Dövran Media" ARB TV-yə istinadən xəbər verir ki, Azərin retro maşınlara olan marağı və əzmi nəticəsində bu maşın saz vəziyyətə gətirilib.
Babasından yadigar qalan dəmir parçasından ibarət bu maşın tam üç ilə yığılıb. Avtomobil ancaq əllə idarə olunur.
Maşını idarə etmək üçün bütün detallar sükanın ətrafında quraşdırılıb. Maşını görən hər kəs maraqla baxır və foto çəkdirir.
Sahibinin dediyinə görə, avtomobili almaq üçün 15-16 min AZN təklif edənlər olub. Ancaq o, satmaq istəməyib.