03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Maduro ölkəsinin spikerini “ABŞ casusu” adlandırdı

07.01.2019

Venesuela prezidenti Nikolas Maduro ölkənin Milli Assambleyasının müxalifətdən olan yeni sədrini ABŞ-ın agenti olmaqda ittiham edib.
"Dövran Media" xəbər verir ki, bu haqda "RİA Novosti” məlumat yayıb.
Xuan Quaido bir neçə gün əvvəl parlament sədri vəzifəsinə gəlib. Milli Assambleya hazırda Venesuelada siyasi qərarların qəbulu səlahiyyətindən məhrum edilib. Belə səlahiyyətləri hazırda tam olaraq hakimiyyətə tabe olan Milli Təsisat Məclisi yerinə yetirir.
"O, marionetdir, ABŞ tərəfindən, ABŞ kəşfiyyatı orqanı tərəfindən "hazırlanıb”, ona məhz onlar rəhbərlik edir”, - deyə Maduro dövlət telekanalının efirində bildirib.
Bundan əvvəl "Lima qrupu” (12 Amerika dövlətinin ittifaqı) Venesuela liderinin yeni prezident müddətinin legitimliyini tanımadığını elan edib. Təşkilat Venesuelada növbədənkənar prezident seçkilərinin keçirilməsini və səsverməyə qədər hakimiyyətin parlamentin sərəncamına verilməsini tələb edib.