03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İstanbulda təyyarələr də durdu - Qara görə

07.01.2019

İstanbulda bir sıra daxili və beynəlxalq aviareyslər təxirə salınıb.
"Dövran Media" Trend-ə istinadən xəbər verir ki, reyslərin təxirə salınması barədə "Türkiyə Hava Yolları"nın saytı xəbərdarlıq edib. Bildirilir ki, avaireyslərin təxirə salınmasına səbəb hazırda burada müşahidə olunan güclü qar yağmasıdır.
Qeyd edək ki, əsasən, Atatürk hava limanında avireyslər təxirə düşüb.
Daxili avireyslərdən İstanbul-Sinop, İstanbul-Antalya və İstanbul-Qaziantep, beynəlxalq aviareyslərdən isə İstanbul-Saloniki, İstanbul-Kişinyov, İstanbul-Xarkov, İstanbul-Odessa, İstanbul-Belqrad təxirə düşüb.
Xatırladaq ki, sonuncu dəfə İstanbulda aviareyslər bu ilin yanvarın 4-də dayanıb.