Pakistan hərbi gəmiləri  İran sularına daxil oldu 
    
                          
     
                         06.01.2019
 
    
                        Pakistan donanmasına aid 4 döyüş gəmisi 6-9 yanvar tarixlərində İranın Bəndər Abbas limanında lövbər salacaq.
"Dövran Media" xəbər verir ki, bu barədə Pakistanın Tehrandakı səfirliyi informasiya yayıb.
Səfirlik açıqlamasında sözügedən addımın dövlətlər arasındakı dostluq və bərabərliyi nümayiş etdirmək üçün atıldığı qeyd olunub.