03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya və İran Xəzərdə təlimlərə başlayır

06.01.2019

Rusiya və İranın Hərbi Dəniz Qüvvələri Xəzər dənizində birgə təlimlər keçirməyi planlaşdırır.
"Dövran Media" xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin komandanı Hüseyn Xanzadə bildirib.
Onun sözlərinə görə, təlimlər iki ölkə arasında strateji və taktiki əməkdaşlıq səviyyəsinin yüksəlməsinə səbəb olacaq. Təlimlərə taktiki və xilasetmə əməliyyatlarının icrası, həmçinin dəniz quldurluğu ilə mübarizə tədbirləri də daxil ediləcək.
Xanzadə təlimlərin dəqiq tarixini açıqlamasa da, onların yaxın vaxtlarda baş tutacağını qeyd edib.