05 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Nazmehr” gəmisində zəhərlənmənin səbəbləri açıqlandı - RƏSMİ

04.01.2019

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi İran İslam Respublikasına məxsus "Nazmehr" quru yük gəmisində zəhərlənmədən dünyasını dəyişən şəxslərin ölüm səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı apardığı ekspertizanın son nəticələrini açıqlayıb.
"Dövran Media" xəbər verir ki, Mərkəzdən özəl olaraq Trend-ə verilən məlumata görə, gəmidəki heyət üzvlərinin ölümünün və xəstəxanaya yerləşdirilənlərinin zəhərlənməsinin səbəbi taxıla pestisidlərə və həşəratlara qarşı vurulan kimyəvi maddə olub:
"Gəminin heyət üzvləri taxılın parazitlərdən qorunub saxlanılması məqsədilə ona vurulan kimyəvi maddədən zəhərləniblər. Qapalı mühit olduğundan iy buxarlanıb və nəticədə onlarda kəskin inqalyasion zəhərlənmə baş verib".
Xatırladaq ki, oktyabrın 19-da gecə saat 3 radələrində Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus "Nazmehr" quru yük gəmisində heyət üzvlərindən 12-si zəhərlənib. Onlardan üçü, Əkbər Mənsumi Kərim (1989), Seyid Murtuza Mirhüseyn (1986), Səccad Səyyad Feriydundur (1990) hadisə nəticəsində dünyasını dəyişiblər.