29 09 2023-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
01/08/2023
31/07/2023
29/07/2023
28/07/2023
27/07/2023
26/07/2023
25/07/2023
24/07/2023

Hacı qardaşları ilə BARIŞDI

04.01.2019

Tanınmış iş adamı, "Avesta” şirkətinin prezidenti Hacı İbrahim Nehrəmli (İbrahim İbrahimov) küsülü olduğu qardaşları ilə barışıb.
"Dövran Media"nın məlumatına görə, bu, yanvarın 1-də İbrahimov qardaşları tərəfindən sosial şəbəkələrdə paylaşılan şəkildən də hiss olunur. Həmin şəkildə Hacı İbrahim Nehrəmlinin digər qardaşları ilə mehriban və səmimi ortamda olduğu görünür.
Qeyd edək ki, Hacı İbrahim Nehrəmli bir müddət öncə Modern.az saytına açıqlamalarında qardaşı Sahib İbrahimovun həbs xəbərinə laqeydliklə münasibət bildirmiş, onunla hər hansı əlaqəsi olmadığını vurğulamışdı. (S.İbrahimov sonradan azadlığa buraxıldı)
Hacı İbrahim digər qardaşı – Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovla da küsülü olduğunu gizlətməmiş, "adını çəkdiyiniz şəxs barəsində mənə sual verməyin” demişdi.
İndi qardaşlar Yenil il bayramında bir araya gələrək, şəkil çəkdirib sosial şəbəkədə paylaşmaqla birlikdə olduqlarını nümayiş etdiriblər.