06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədə reyslər təxirə salınır

04.01.2019

İstanbul akvatoriyasında dəniz reysləri təxirə salınıb. 
"Dövran Media" Trend-ə istinadən xəbər verir ki, reyslərin təxirə salınması barədə Türkiyənın Dəniz nəqliyyatının idarə edilməsi üzrə təşkilatından bildiriblər.
Reyslərin təxirə salınmasına səbəb İstanbul akvatoriyasında güclü külək və leysan xarakterli yağışın olmasıdır, dənizdə hündür dalğaların da müşahidə olunduğu bildirilir.
Qeyri-sabit hava şəraitinin həftənin sonuna qədər davam edəcəyi proqnozlaşdırılıb.
Bildirilir ki, reyslərdə yaranmış bu fasilə ilə əlaqədar "Marmara" tuneli gücləndirilmiş iş rejiminə keçib.
Bundan başqa, Bursada da dəniz reysləri eyni səbəbdən dayandırılıb.
Xatırladaq ki, ötən il dekabrın 19-da İstanbul akvatoriyasında güclü külək Bəylikdüzü rayonunda bir sıra ofislərin subasmaya məruz qoymuşdu.