06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi

03.01.2019

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
"Dövran Media" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində qeydə alınıb.
Belə ki, ümumi sahəsi 85 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və əşyaları 16 m² sahədə, eyvanında quraşdırılmış məişət avadanlığı və qaz sayğacı yanıb, dəhlizinin divar üzlüyü 6 m² sahədə qarsalanıb. Yanğın zamanı 20 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib, xəsarət alan olmayıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.