06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Müəllimlərin rüsvayçı imtahan nəticələri

03.01.2019

2014-cü ildən bəri müəllimlərin imtahan nəticələrində heç bir irəliləyiş yoxdur.
"Dövran Media" xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov qeyd edib. O bildirib ki, bir neçə gün əvvəl Təhsil Nazirliyinin müəllimlər üçün keçirdiyi imtahanın nəticələri heç də ürəkaçan olmayıb:
"Təhsil Nazirliyi riyaziyyat, informatika, fizika, kimya və biologiya fənlərindən Azərbaycan və rus bölmələri üzrə orta məktəblərdə dərs deyən bir qrup müəllim üçün müvafiq ixtisaslara uyğun olaraq, qapalı tipli test tapşırıqlarından imtahan keçirib. Layihənin məqsədi istedadlı şagirdlərlə bağlı fəaliyyətlərə cəlb ediləcək müəllimlərin müəyyənləşdirilməsi, onların bu sahədə fəaliyyətlərinin dəstəklənməsi və yeni fəaliyyətlərə təşviq edilməsindən ibarətdir.
Amma məlum olub ki, bizim müəllimlərin bilik və bacarıqları hələ 50 faizdən aşağıdır”.
Ekspert bildirib ki, bu nəticələr qəbul və buraxılış imtahanlarının yüksək nəticələrinin orta məktəblərin bəhrəsi olmadığı anlamına gəlir.
Ekspert müəllimlərin imtahan nəticələrinin belə olduğunu bildirib:
"Biologiya fənni üzrə:
İmtahanda iştirak edən 221 nəfərdən 112 nəfəri təqdim edilən 25 sualın 50 faizdən çoxuna doğru cavab verib. Yəni iştirakçıların 51 faizi təqdim edilən sualların yarısından çoxuna doğru cavab verib və ən yüksək göstərici isə 90 faiz olub.
İnformatika fənni üzrə:
İmtahanda iştirak edən 129 nəfərdən 13 nəfəri təqdim edilən 20 sualın 50 faizindən çoxuna doğru cavab verib. Yəni iştirakçıların 10 faizi təqdim edilən sualların yarısından çoxuna doğru cavab verib və ən yüksək göstərici isə 83 faiz olub.
Fizika fənni üzrə:
İmtahanda iştirak edən 180 nəfərdən 11-i təqdim edilən 25 sualın 50 faizindən çoxuna doğru cavab verib. Yəni iştirakçıların 6 faizi təqdim edilən sualların yarısından çoxuna doğru cavab verib və ən yüksək göstərici 95 olub.
Kimya fənni üzrə:
İmtahanda iştirak edən 201 nəfərdən 11 nəfəri təqdim edilən 30 sualın 50 faizindən çoxuna doğru cavab verib. Yəni iştirakçıların 5 faizi təqdim edilən sualların yarısından çoxunu cavablandırıb və ən yüksək göstərici isə 62 faiz olub.
Riyaziyyat fənni üzrə:
İmtahanda iştirak edən 405 nəfərdən 4 nəfəri təqdim edilən 25 sualın 50 faizindən çoxuna doğru cavab verib. Yəni iştirakçıların 1 faizi təqdim edilən sualların yarısından çoxuna doğru cavab verib və ən yüksək göstərici isə 63 faiz olub”.